MEMM-in əməkdaşları monitorinq keçirib

MEMM-in əməkdaşları monitorinq keçirib

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin iş planına uyğun olaraq Bədii təhsil şöbəsinin baş metodisti Rauf İmanov və metodist Zəbulla Quliyev 23-25 dekabr 2015-ci il tarixlərində uşaq musiqi və incəsənət məktəblərində tədrisin səviyyəsinin yüksəldilməsi istiqamətində monitorinq keçirilməsi məqsədilə Cəlilabad rayonuna ezam olunublar. SİA-nın verdiyi məlumata görə, ayrı-ayrı bölgələrdə ardıcıl keçirilən monitorinqdə Cəlilabad, Masallı, Lerik, Biləsuvar, Yardımlı rayon uşaq musiqi və incəsənət məktəblərinin rəhbərləri iştirak ediblər.

Geniş fikir mübadiləsi ilə keçən tədbirdə qeyd olunan məktəblər arasında əlaqələrin inkişafı, tədrisin səviyyəsinin yüksəldilməsi məqsədilə elmi seminarların təşkili məsələləri ilə bağlı ətraflı diskusiya aparılıb.

Monitorinq çərçivəsində dəvət olunan məktəblərin rəhbərlərinə Elmi-metodiki mərkəz tərəfindən görülən işlər, keçirilən tədbirlərlə yanaşı, gələcəkdə görüləcək işlər barədə məlumat verilib, yeni tədris proqramları və metodiki vəsaitlər təqdim edilivb.

Bütün xəbərlər Facebook səhifəmizdə