Nazir: "Azərbaycana gələn turistlərin sayında artım baş verməyib"
"2015-ci ildə il Azərbaycana gələn turistlərin sayında artım baş verməyib". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir turist axınında müşahidə edilən durğunluğu dünyada baş verən iqtisadi və maliyyə böhranı ilə əlaqələndirib: "Dünyada baş verən maliyyə böhranı ilə əlaqədar dünya turizmində də artım müşahidə edilməyib. Azərbaycana gələn 2,5 milyon nəfər turistin təxminən 700- 800 min nəfərini Rusiyadan gələnlər təşkil edirdi. Əgər Rusiyada azalma 70 faiz olubsa, bizdə necə artım ola bilər? Bu, mümkünsüzdür. Amma bizi sevindirən məsələ ondan ibarətdir ki, Azərbaycana ənənəvi deyil, yeni bazarlardan, xüsusilə Körfəz, Avropa ölkələrindən, Latın Amerikasından gələnlər var. Bu da bizim turist coğrafiyamızı genişləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB