“Bacarıqlı əllər” rəsm dərnəyinin sərgisi açılacaq

“Bacarıqlı əllər” rəsm dərnəyinin sərgisi açılacaq

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən "Bacarıqlı əllər" rəsm dərnəyi üzvlərinin "Rəngbərəng" adlı rəsm sərgisi açılacaq. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya bildirilib ki, sərgidə müxtəlif yaşlı fırça ustalarının rəngkarlığın müxtəlif çalarlarına aid - qrafika, rəngli boya, sulu boya, yağlı boya, rəngli karandaş, qarışıq texnika, vitraj və s. rəsm əsərləri nümayiş olunacaq.

Qeyd edək ki, rəsm dərnəyində 4 yaşdan 18 yaşadək uşaqlara sənətin sirləri öyrədilir.

Bütün xəbərlər Facebook səhifəmizdə