Yaponiyanın Hokkaydo Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycan yüksək səviyyədə təmsil olunub. Hər dəfə yeni il ərəfəsində Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının (HUISA - Hokkaido University International Students Association) təşkilati dəstəyi və sponsorluğu ilə Assosasiyasının prezidenti, doktorant tələb Əlibəy Məmmədov və bu universitetin Biznesin İdarəsi və Menecement fakültəsində magistr təhsili alan Qabil Əliyev olub.
Tədbirin təşkilatı işləri ilə məşğul olan Əlibəy Məmmədov festivalda Azərbaycan rəqsləri, digər təmsilçimiz Qabil Əliyev isə Azərbaycan musiqisi haqqında geniş çıxış edib. Azərbaycan musiqisinin köklərinin qədim dövrlərə dayandığı bildirilib. Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çox sayda mahnılar, "Kitabi-Dədə Qorqud" dastanından bizə gəlib çıxan qopuz, saz, aşıq sənəti, xalq musiqisi haqqında məlumat verilib. Azərbaycanlı tələbələrin çıxışları Azərbaycanın xalq artisti Çingiz Mehdiyevin ifasında "Qaval daşı", Mənsum İbrahimovdan "Səni qəmli görəndə", Alim Qasımov və Fərqanə Qasımovanın muğamla sintez şəklində ifa etdiyi "Say it right (Nelly Furtado)" mahnıları ilə müşayiət olunub. Daha sonra "Yenilməz batalyon" filminin musiqisi barədə məlumat verən Q.Əliyevin bu musiqini canlı ifa etməsi izləyicilərdə xüsusi maraq oyadıb.
Sonda iştirakçılara sertifikatlar və pul mükafatları təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB