Xalq yazıçısı Elçinin Türkiyənin ən nüfuzlu nəşriyyatlardan biri olan "Ötüken" Xalq yazıçısının "Kölgə" adlı yeni kitabını nəşr edib. SİA-nın verdiyi xəbərə görə, kitaba müəllifin məşhur "Bayraqdar" və "Kaşeyin taleyi" povestləri, eləcə də son illərdə yazdığı hekayələri daxil edilib.Nəşriyyat bu əsərlər haqqında yazır: "Elçin digər hekayə və romanlarında olduğu kimi, insanları yalnız təsvir edildikləri anlarda deyil, onların bütün varlıqlarını göstərməyi bacaran yazıçıdır". Kitabda müəllifin geniş bioqrafiyası da verilib.
Qeyd edək ki, "Kölgə" Elçinin Türkiyədə nəşr olunan iyirmi dördüncü kitabıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB