Həsən Seyidbəylinin anadan olmasından 95 il ötür

Həsən Seyidbəylinin anadan olmasından 95 il ötür

Kinorejissor, xalq artisti Həsən Seyidbəylinin anadan olmasından 95 il ötür. SİA-nın verdiyi xəbərə görə, bu münasibətlə sənət adamları Fəxri Xiyabana gələrək sənətkarın xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər.

Kinomatoqrafiyaçılar İttifaqının I katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev çıxış edərək H.Seyidbəylinin zəngin yaradıcılığından, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən söz açıb. Bildirilib ki, Azərbaycan mədəniyyətinə və kinosuna parlaq nümunələr bəxş etmiş kinorejissorun zəngin irsi gələcək nəsillər üçün örnəkdir. Daha sonra sənətkarın ekranlaşdırdığı və ona şöhrət gətirən filmlərdən bəhs olunub.

H.Seyidbəylinin ssenarisi əsasında ekranlaşdırılmış "Nəsimi", "Sən niyə susursan?", "Möcüzələr adası", "Bizim Cəbiş müəllim", "Telefonçu qız" filmləri qısa müddətdə müəllifinə böyük şöhrət qazandırıb.

Onun "İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və xaricdə dəfələrlə səhnəyə qoyulub. H.Seyidbəylinin çəkdiyi filmlər nüfuzlu kinofestivallarda müxtəlif mükafatlara layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə