Dövlət Film Fondunda xalq atisti, görkəmli kinorejissor Həsən Seyidbəylinin 95 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək. Dövlət Film Fondundan SİA-ya verilən xəbərə görə, tədbirdə kinorejissorun çoxşaxəli yaradıcılığından, onun çəkdiyi filmlərdən söz açılacaq.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilatçılığı ilə baş tutacaq.
Qeyd edək ki, H.Seyidbəylinin ssenarisi əsasında ekranlaşdırılmış "Nəsimi", "Sən niyə susursan?", "Möcüzələr adası", "Bizim Cəbiş müəllim", "Telefonçu qız" filmləri qısa müddətdə müəllifinə böyük şöhrət qazandırıb. Kinorejissorun "İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və xaricdə dəfələrlə səhnəyə qoyulub. Həmçinin, bir neçə kitabın müəllifi olan kinorejissorun çəkdiyi filmlər keçmiş Sovet İttifaqında keçirilmiş kinofestivallarda müxtəlif mükafatlara layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB