Sərginin baglanış mərasimi keçirilib

Sərginin baglanış mərasimi keçirilib

Azərbaycan Xalça Muzeyində "Xeyr deməyin, xeyir eləyin" xeyriyyə aksiyasının bağlanış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, "Xeyr deməyin, xeyir eləyin" adlı aksiyada "Sehrli Aləm" Cəmiyyətinin üzvü, rəssam dizayner, Moldovalı, əslən Qaqauz türkü olan Kirçu Yekaterina tərəfindən hazırlanmış "Yeni il aksesuarları"ndan ibarət satış sərgisindən əldə olunan 1324 (bir min üç yüz iyirmi dörd) azn vəsait Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının hesabına köçürülüb.

Xeyriyyə aksiyasında çıxış edən Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə xanım Hüseynova yaradılan şəraitə görə Azərbaycan Xalça Muzeyinin direktoru Röya xanım Tağıyevaya, muzeyin tərkibində olan Uşaq Muzeyi şöbəsinin rəhbəri Azər Abdullayevə və "Sehrli Aləm" Cəmiyyətinin üzvü Kirçu Yekaterinaya Assosiasiyanın üzvləri adından təşəkkürünü bildirib.

Tədbirdə hemofiliyalı uşaqların iştirakından ibarət konsert proqramı da təqdim olunub.

Sonda isə uşaqlar və onların valideyinlərinin ifasında birlik rəmzi olan "Hemofiliya himni" səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə