Xalq rəssamının 90 illiyinə həsr edilmiş sərgi keçiriləcək

Xalq rəssamının 90 illiyinə həsr edilmiş sərgi keçiriləcək

Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Əbdürrəhmanovun anadan olmasının 90 illiyinə həsr edilmiş yaradıcılıq sərgisinin açılış mərasimi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü təşkil olunan sərgidə rəssamın "Sevimli naxışlar", "Professor Mirqasımovun portreti", "Bakı bayram günlərində", "Sakit səma", "Dağlı qadın", "Fedonqan çayında səhər", "Dostluq körpüsü", "İnsanlar və dağlar", "Xalq musiqiçiləri" kimi 50-dək tablosu yer alıb.

Qeyd edək ki, Nadir Əbdürrəhmanov 1925-ci il dekabrın 5-də Laçın rayonunda anadan olub. 1941-1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1947-1953-cü illərdə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. Zəngin yaradıcılıq fəaliyyəti ilə yanaşı, ölkəmizdə gənc rəssamlar nəslinin püxtələşməsi işində də fəal iştirak edib. 1960-cı ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1964-cü ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 2008-ci ildə dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə