Yaponiyanın “VA-LİQA” musiqi qrupunun Bakıda konserti baş tutdu

Yaponiyanın “VA-LİQA” musiqi qrupunun Bakıda konserti baş tutdu

Yaponiyanın "VA-LİQA" musiqi qrupu Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edib. SİA-nın verdiyi xəbərə görə, Yaponiyanın Bakıdakı səfirliyinin və JTİ (Japan Tobacco İnternational) şirkətinin təşkilatçılığı ilə gerçəkləşən konsert "Gündoğar ölkə ilə Odlar Yurdunun qovuşması" adı altında baş tutub.

Konsert proqramından əvvəl Yaponiyanın Bakıdakı səfiri Tsuquo Takahaşi çıxış edən son illər Azərbaycan ilə Yaponiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Diplomat Yaponiyanın hər zaman Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu bildirib və belə konsertlərin mövcud mədəni münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyini vurğulayıb.

Konsertində "VA-LİQA" musiqi qrupu Yaponiyanın simli aləti (tsuqaru şamisen) və nəfəs aləti (şakuhaçi), həmçinin milli muğamımıza bənzəyən folklor mahnısı "minyo"nu təqdim edib.

Böyük maraqla qarşılanan gecədə, həmçinin Azərbaycanın bir sıra muğam ifaçılar ilə yaponiyalı musiqiçilərin repertuarında hər iki ölkənin milli mahnılarının sintezi səsləndirilib.

Qeyd edək ki, yaponiyalı prodüser Takaku Terutoşinin rəhbərliyi ilə nümayiş olunan konsert ölkənin mədəniyyətini təbliğ etməklə yanaşı, həm də xalqlar arasında qarşılıqlı mədəni əlaqələrin inkişafı və dərinləşdirməkdə olan dostluq münasibətlərinin bəhrəsidir.

"

Bütün xəbərlər Facebook səhifəmizdə