Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində C. Verdinin "Riqoletto" operası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səhnə əsərində Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri ilə yanaşı, Ukrayna Milli Operasının solistləri də iştirak edəcəklər.
Səhnə əsərində Ukraynanın xalq Artisti Olqa Naqornaya, Əməkdar artistlər Dmitri Kuzmin və Dmitri Qrişin əsas partiyalarda səhnəyə çıxacaqlar. Opera tamaşasında, həmçinin yerli sənətçilər - Azərbaycanın Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər Əkrəm Poladov və Səbinə Əsədova da əsas rolları canlandıracaqlar.
Qeyd edək ki, operanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB