"İntizar" 2 pərdəlinin nümayişi olacaq

"İntizar" 2 pərdəlinin nümayişi olacaq

Akademik Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin "İntizar" 2 pərdəli operasının nümayişi olacaq. SİA-nın verdiyi xəbərə görə, tədbir dekabrın 16-da baş tutacaq.

Qeyd edək ki, Qarabağ problemindən bəhs edən operanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, dirijoru isə Beynəlxalq Müsabiqələr Laureatı Əyyub Quliyevdir. Tamaşada əsas partiyaları xalq artisti Qərinə Kərimova, Əməkdar artistlər Əülnaz Ismayilova, Əkrəm Poladov və Fərid Əliyev ifa edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə