Dövlət Film Fondunda görkəmli teatr və kino aktyoru, xalq artisti Məmmədrza Şeyxzamanovun anadan olmasının 100 illiyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, dekabrın 15-də baş tutacaq xatirə gecəsi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq. Gecədə mərhum aktyorun sənət dostları onun həyat və yaradıcılığından söz açacaqlar. Eyni zamanda, unudulmaz sənətkarın ailəsinin 1937-ci ildə repressiyaya məruz qalmasını və onun sənət yolunu əks etdirən sərgi nümayiş olunacaq, çəkildiyi filmlərdən fraqmentlər göstəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB