İnzibati Xətalar Məcəlləsində növbəti dəyişiklik edilməsi təklif olunur. SİA-nın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən Mədəniyyət komitəsinin iclasında müzakirə olunub. İclasda bildirilib ki, Məcəlləyə 223-11-ci maddənin əlavə edilməsi nəzərdə tutulur. Həmin maddəyə əsasən, kino və videofilmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan Azərbaycan ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə iki min manat miqdarında cərimə edilir.
Vurğulanıb ki, "Kinematoqrafiya haqqında" Qanunun 7-ci maddəsinə əsasən, Azərbaycan ərazisində kütləvi nümayiş (kinozal, videozal, video yayımı məntəqələri, efir və kabel televiziyası) üçün nəzərdə tutulmuş bütün filmlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınır və filmlər dövlət reyestrinə daxil edilməlidir.
Filmlərin yayımı və nümayişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilməlidir. Təklif olunan dəyişiklik həmin tələblərin təmin edilməsi məqsədi daşıyır.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB