Tofiq Bakıxanovun 85 illiyi qeyd olundu

Tofiq Bakıxanovun 85 illiyi qeyd olundu

Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, xalq artisti, "Şöhrət" ordenli Tofiq Bakıxanovun 85 illiyinə hər olunmuş musiqi festivalı çərçivəsində kamera konserti təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə çıxış edərək Tofiq Bakıxanovun yaradıcılığından söz açıb: "Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında bəstəkarın əvəzsiz xidmətləri vardır.

Tofiq Bakıxanov mükəmməl musiqi təhsili alıb, Azərbaycan və dünya klassik musiqi ənənələrini mənimsəyib. İstər gəncliyində, istərsə də ömrünün ixtiyar çağlarında musiqimizi dünyanın bir çox ölkələrində təbliğ edib. Hələ erkən gənclik illərində skripka ifaçısı kimi də tanınan böyük sənətkar yorulmadan bir çox səhnə əsərlərinə musiqi yazıb, baletlər, simfonik əsərlər, simfonik muğamlar, çoxlu sayda kamera-instrumental və kamera-vokal əsərləri, mahnılar, romanslar bəstələyib".

Qeyd edək ki, tədbir konsert proqramı ilə davam edib və bəstəkarın "Dünya durduqca yaşa", "Türk sonatası", "Uca dağ başında" və digər musiqi əsərləri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə