Əməkdar İncəsənət Xadimi Nigar Usubovanın xatirəsi anılacaq

Əməkdar İncəsənət Xadimi Nigar Usubovanın xatirəsi anılacaq

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq namizədi, professor Nigar Usubovanın 100 illiyinə həsr olunmuş dekabrın 18-də xatirə gecəsi keçiriləcək. Filarmoniyadan SİA-ya verilən xəbərə görə, gecədə dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestri çıxış edəcək.

Tədbirdə Fərhad Bədəlbəyli, Yeganə Axundova, Murad Adıgözəlzadə, Həqiqət Məhərrəmova və Əfqan Salayevin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndiriləcək.

Qeyd edək ki, Nigar Usubova 1914-cü il mayın 2-də Qazax rayonunun Salahlı kəndində anadan olub. Azərbaycan Dövlət Sənaye İnstitutunu və Azərbaycan Dövlət Konservatoriyasını bitirib. O,1952-ci ildən ömrünün sonunadək konservatoriyada çalışıb. Burada fortepiano kafedrasının dosenti, kafedra müdiri, tədris-elmi işlər üzrə prorektor vəzifələrini icra edib. N.Usubova 1995-ci il sentyabrın 15-də Bakıda vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə