“Kontrabas” səhnədə

Dekabrın 10-da Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyinin dəstəyilə "Kapellhaus"da yazıçı, kinossenariçi Patrik Züskindin "Kontrabas" adlı tamaşası nümayiş olunacaq. SİA-nın verdiyi xəbərə görə, tamaşanın rejissoru Elvin Adıgözəldir. Monoloqu aktyor Nofəl Şahlaroğlu söyləyəcək. Səhnə dizaynı İntiqam Hacılınındır.

Qeyd edək ki, giriş sərbəstdir.

Bütün xəbərlər Facebook səhifəmizdə