Bakıda Meksika kinosu günləri keçiriləcək

Bakıda Meksika kinosu günləri keçiriləcək

Dekabrın 7-dən 11-dək Mədəniyyət və Turizm Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Bakıda Meksika kinosu günləri keçiriləcək. Nazirlikdən SİA-ya verilən xəbərə görə, dekabrın 7-də Nizami Kino Mərkəzində kino günlərinin açılışı olacaq.

Ölkələrimiz arasında mədəni əlaqələri möhkəmləndirmək, Azərbaycan tamaşaçısını qədim və zəngin keçmişə malik Meksika kinosunun yeni nümunələri ilə tanış etmək məqsədilə təşkil olunan kino günləri çərçivəsində "Səfil həyat", "Makario", "Ümid var", "Varislər" və "Mirvari" bədii filmləri tamaşaçılara təqdim ediləcək.

Qeyd edək ki, filmlərin nümayişlərinə giriş sərbəstdir.

Bütün xəbərlər Facebook səhifəmizdə