“Dovşanın ad günü” FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqlərinə start verilib. SİA-nın verdiyi xəbərə görə, uzun illər teatrın cari repertuarındakı ən maraqlı tamaşalardan biri olan "Dovşanın ad günü" əsaslı bərpa olunaraq yenidən repertuara daxil ediləcək.

Xanımana Əlibəylinin eyniadlı əsəri əsasında hazırlanacaq tamaşanın quruluşçu rejissoru Xalq Artisti Ağaxan Salmanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, oranjemançısı Vasif Hüseynlidir. Tamaşada mərhum bəstəkar, Xalq Artisti Şəfiqə Axundovanın bəstələrindən istifadə olunacaq.

Səhnə əsərində əsas rolları istedadlı aktyorlar İradə Rəşidova, Roza İbadova, Sevinc Mehrəliyeva, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Zülfiyyə Alhüseynova, Mehriban Hüseynova, Nuriyyə Əliyeva, Eyvaz İbrahimov, Ramil Məmmədov, Ceyhun Məmmədov, Xaliq Bəkirov, Elnur Hüseynov, Elnur Əliyev, Vüsal Mehrəliyev, Yusif Dadaşov ifa edəcəklər.

Qeyd edək ki, yazıçı Xanımana Əlibəylinin anadan olmasının 95 illiyə həsr olunmuş tamaşa 2016-cı ilin yanvar ayının sonlarında məktəblilərin qış tətili ərəfəsində nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə