Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası nümayiş olunub. Bu dəfə Leyli obrazı gənc xanəndə, ikinci Respublika Muğam Müsabiqəsinin qalibi Güllü Muradovanın ifasında təqdim edilib. Bununla da səhnəmiz daha bir Leylisini tamaşaçıya təqdim edib. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Leyli və Məcnun" operasında Məcnun rolunda əməkdar artist, Opera və Balet Teatrının solisti Səbuhi İbayev çıxış edib.
Qeyd edək ki, əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda təqdim olunan səhnə əsəri, Opera və Balet Teatrının solisti olmuş, xalq artisti Baba Mahmudoğlunun 75 illik yubileyi çərçivəsində baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB