“Minimalizm” adlı fotomüsabiqə elan edilib

“Minimalizm” adlı fotomüsabiqə elan edilib

Azərbaycan Fotoqrafları Birliyi (AFB) və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu dekabr ayı üçün "Minimalizm" adlı aylıq fotomüsabiqə elan edib. SİA-nın verdiyi xəbərə görə, müsabiqəyə təqdim olunan fotolarda kompozisiya, işıq, rəng kimi elementlərdən istifadə edildikdə minimal detallardan və fiqurlardan istifadə olunmalıdır. Küçə fotoqrafiyasından tutmuş portret, etüd, peyzaj, makro və natürmortlarda təqdim oluna biləcək fotolar gündəlik həyatımızda baş verən prosesləri əhatə etməlidir.

Müsabiqəyə fotolar dekabrın 27-dək [email protected] ünvanına göndərilməlidir. Müsabiqəyə təqdim ediləcək fotolar JPEG formatda, uzun tərəfi 1500 piksel olmalıdır. Hər bir iştirakçı müsabiqəyə 5 foto təqdim edə bilər. Hər bir müəllif özü haqqında məlumatı (ad, soyadı, fotonun adı) yerləşdirməlidir. Münsiflərin lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququ var. Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Müsabiqəyə dekabr ayında çəkilmiş və üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir) işlər qəbul olunur.

Qeyd edək ki, müsabiqənin nəticəsi dekabrın 29-da AFB-nin "Açıq qapı günü" toplantısında elan ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə