Kinorejissor Nikita Mixalkov Azərbaycan Dövlət Film Fondunda

Kinorejissor Nikita Mixalkov Azərbaycan Dövlət Film Fondunda

Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, kinorejissor, aktyor, ssenarist, Rusiyanın Xalq Artisti Nikita Mixalkov Dövlət Film Fondunda olub. Dövlət Film Fondundan SİA-ya verilən xəbərə görə, fondun təşkilatçılığı ilə görkəmli kinorejissorla Azərbaycanın gənc aktyorlarının və kinorejissorlarının görüşü təşkil olunub. Görüşdə, həmçinin Nikita Mixalkov tərəfindən ustad dərsləri keçirilib. Ustad dərslərində filmin çəkiliş qayda və təcrübəsindən danışılaraq aktyorları maraqlandıran suallar cavablandırılıb.

Kann, Venesiya kimi dünyanın nüfuzlu kino festivallarının qalibi, "Oskar" mükafatı laureatı Nikita Mixalkov bir çox filmlərin rejissoru, ssenaristi, baş prodüseri və bədii rəhbəridir.

Qeyd edək ki, Heydər Əliyev Sarayında Rusiyanın görkəmli kino xadimi Nikita Mixalkovun 70 illik yubileyi münasibətilə tədbir keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə