Pantomim teatrında yenilik

Dekabrın 5-də Azərbaycan Dövlət Pantomim Teatrı "Dejavü" adlı tamaşanı teatrsevərlərə təqdim edəcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tamaşanın müəllifləri teatrın gənc aktyorları Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir.

Səhnə əsərinin müəllifləri həm tamaşaya quruluş verib, həm də rolları ifa edəcəklər. İki nəfərlik tamaşanın musiqi tərtibatçısı isə E. Rəfiyevdir.

Qeyd edək ki, tamaşa kişi və qadın mövzusundan bəhs edir.

Bütün xəbərlər Facebook səhifəmizdə