Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə rejissor Rəşad Qasımovun quruluşunda Milli Qəhrəman Muxtar Qasımova həsr olunmuş "Vətən sevgisi" adlı sənədli filmin təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda şəhid olmuş qəhrəman Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Tibb Universitetinin dosentləri Cavanşir Sadıqov və Elbrus Sadıqov çıxış edərək yeni gənc nəsildə vətənpərvərlik hisslərinin gücləndirilməsi və təbliği məqsədilə həyata keçirilən sənədli filmlər layihəsini yüksək qiymətləndiriblər.
Mərasimdə iştirak edən Milli Qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri, qohumları onun keçdiyi həyat və döyüş yolundan söz açaraq xatirələrini bölüşüblər. Qeyd olunub ki, Muxtar Qasımov 1958-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. Tibbi təhsilini başa vurduqdan sonra cəbhədə bütün yaralıları xilas etmək üçün xüsusi rəşadət göstərib. O, 1992- ci il iyulun 16-da Naxçıvanlı kəndi uğrunda gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olub.
Daha sonra filmin təqdimatı olub.
Qeyd edək ki, film "Yaddaş" sənədli filmlər studiyasında Mədəniyyət və Turizm Nazirliyinin "Milli qəhrəmanlar" silsiləsi çərçivəsində çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB