Bakıda Koreya pop musiqi festivalı keçirilib

Bakıda Koreya pop musiqi festivalı keçirilib

"Hansamo" Azərbaycan "Koreyasevərlər" qrupu tərəfindən "Dream Trading MMC" şirkətinin dəstəyi ilə Bakıda Koreya pop musiqisi festivalı keçirilib. SİA-ya tədbirin təşkilatçıları bildiriblər ki, festivalın məqsədi Azərbaycandakı Koreya pop musiqi həvəskarlarını bir araya toplamaq və bu musiqini tanıtmaqdır. Koreya pop musiqi qruplarının musiqi nümunələri və rəqsləri festival iştirakçılarının zövqünü oxşayıb. Olduqca maraqlı məqamlarla yadda qalan tədbirə 300-dən çox gənc qatılıb. İştirakçılar həmçinin, xüsusi hazırlanmış stendlər vasitəsilə Koreya Respublikasının məhsulları ilə tanış olmaq imkanı əldə ediblər.

Qeyd edək ki, "Hansamo" 2011-ci ilin oktyabrında feysbuk sosial şəbəkəsində "Koreyasevərlər" adı altında qrup kimi Leyla Şəmsi tərəfindən yaradılıb. "Hansamo" Koreya dilində "Koreyanı sevən insanların birliyi" mənasını ifadə edir. Qrupun yaranma səbəbi Koreya Respublikasının mədəniyyəti, musiqisi və filmlərini sevən azərbaycanlıları bir araya gətirməkdir. "Dream Trading MMC" şirkəti isə 2013-cü ilin fevralından fəaliyyət göstərir. Şirkətin fəaliyyət arenasına Koreya Respublikası, Azərbaycan və Gürcüstan daxildir. Şirkət Koreya və Azərbaycan şirkətləri üçün xidmətlər, məhsulların ixrac və idxalını həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə