Dekabrın 4-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi ilə əlaqədar dramaturqun "Sarıköynək və Valehin nağılı" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. SİA-nın verdiyi xəbərə görə, tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssam əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nasirovadır.
Qeyd edək ki, tamaşada rolları teatrın tanınmış və gənc aktyorları canlandıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB