“Mərhumun mesajı”

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı Hüseynbala Mirələmovun "Mərhumun mesajı" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. SİA-ya teatrın mətbuat xidmətindən verilən xəbərə görə, tamaşanın premyerasının dekabr ayında keçirilməsi nəzərdə tutulub.

Hazırda məşqləri gedən səhnə əsərinin quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Oruc Qurbanov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı İzzət Qurbanov, rejissor assistenti isə Vüqar Məmmədovdur.

Tamaşada əsas rolları xalq artistləri Bəsti Cəfərova, Səidə Quliyeva, əməkdar artistlər Sabir Məmmədov, Ələsgər Məmmədoğlu, Əli Nurzadə, Mətanət Atakişiyeva, Almaz Amanova, aktyorlar Mirzə Ağayev və Kazım Həsənquliyev oynayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə