Dekabrın 20-də "Abşeron" qalereyasında "Emiliya Art House" rəssamlıq məktəbinin tələbələrinin rəsm əsərlərindən ibarət "İlk rənglər" adlı sərgi açılacaq. "Emiliya Art House"dan SİA-ya verilən xəbərə görə, sərgidə məktəbin tələbələri - Təranə Nərimanova, Gülnarə Budaqova, Xanım Həsənova, Nigar Hüseynova, Ləman Əliyeva, Leyla Qəhrəmanova, Səidə Səidova, Mina Afiyat, Ləman Əliyeva, Leyla Qəhrəmanova, Səidə Səidovanın və digərlərinin əl işləri sərgilənəcək. Həmçinin "Emiliya Art House" rəssamlıq məktəbinin aparıcı müəllimi və rəssamı Emiliya Həsənovanın da rəsm əsərləri nümayiş olunacaq. Bu, məktəbin tələbələrinin ilk sərgisidir. Sərgi dekabrın 23-dək davam edəcək. Giriş sərbəstdir.
Qeyd edək ki, "Emiliya Art House" rəssamlıq məktəbi 2014-cü ilin may ayında təsis olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB