Məktəblilər xalq şairi ilə görüşdü

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə M.Ə.Sabir adına Bülbülə qəsəbə Mədəniyyət evi və 3 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri ilə xalq şairi Nəriman Həsənzadənin görüşü keçirilib. SİA-nın verdiyi xəbərə görə, görüşdə şairin yaradıcılığından bəhs olunub.

Bildirilib ki, görüşün keçirilməsində məqsəd milli mənəvi dəyərlərin təbliği və gələcək nəsillərə ötürülməsi, yetişməkdə olan gənc nəslin mədəniyyətimizə, ədəbiyyatımıza sahib çıxması, ədəbiyyat xadimlərimizi tanımasına yardımçı olmaqdır.

Görüşdə şagirdlərin ifasında şairin yaradıcılığından nümunələr səsləndirilib, sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

Məktəbin foyesində ədibin ayrı-ayrı illərdə dərc olunan kitablarından ibarət sərgisi nümayiş olunub.

Sonda şair öz şeirlərindən seçmələr oxuyub, şagirdlərin suallarını cavablandırıb, kitablarını imzası ilə məktəblilərə təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə