Dekabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin "İntizar" operası nümayiş olunacaq. SİA-ya teatrın mətbuat xidmətindən verilən xəbərə görə, bir neçə il əvvəl yeni quruluşda səhnəyə qoyulmuş və 2014-cü ildə yeni redaksiyada tamaşaçılara təqdim edilən opera bütün zamanlar üçün aktual olan bir mövzuda – Xeyir və Şər qüvvələr arasında mübarizə, bunun nəticəsi olaraq günahsız insanların ölümü, yaxın qonşuların xəyanətindən bəhs edir.
Tamaşada, həmçinin təbiət gözəlliklərinin təsvirinə də geniş yer verilib.
Opera tamaşasının libretto müəllifi professor Nərgiz Paşayeva, quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, dirijor beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, quruluşçu rəssam isə Xalq Rəssamı Tahir Tahirovdur.
Səhnə əsərində əsas rolları Xalq Artisti Qərinə Kərimova, Əməkdar artistlər Gülnaz İsmayılova, Fərid Əliyev, Səbinə Vahabzadə, Fəridə Məmmədova, Əkrəm Poladov, gənc solistlər İlham Nəzərov, Fəhmin Əhmədli ifa edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB