Əlibaba Abdullayevin 100 illiyi qeyd olunacaq

Əlibaba Abdullayevin 100 illiyi qeyd olunacaq

Azərbaycan milli rəqs sənətinin görkəmli nümayəndəsi, xalq artisti, tanınmış rəqqas və baletmeyster Əlibaba Abdullayevin (1915 -1980) 2015-ci il iyun ayının 7-də anadan olmasının 100 illiyi tamam olub. SİA-nın verdiyi xəbərə görə, bununla bağlı olaraq Azərbaycan Dövlət Filarmoniyasında sənətkarın yubiley gecəsinin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, milli xoreoqrafiya sənətinin böyük bilicisi olan Əlibaba Abdullayev bir çox rəqslərə yüksək professionallıqla quruluş verib. Onun "Toy", "Bulaq başında", "Naz eləmə", "Çobanlar", "Vağzalı-mirzəyi", "Neftçilər", "Azərbaycan", "Novruz", "Uzundərə", "İnnabı", "Qazaxı", "Yallı, "Muleyli", "Laçın", "Dədə Qorqud", "Üç çiçək", "Dostluq", "Bəri bax", "Qaraxal yar" kimi kiçik süjetli folklor tamaşalar, kompozisiyalar və süitalar milli ifaçılıq sənətimizin həmişəyaşar nümunələridir.

Bütün xəbərlər Facebook səhifəmizdə