Əbülfəs Qarayev: "Muzeylər öz işlərinin öhdəsindən gələ bilmirlər"
Bu gün Beynəlxalq Muğam Mərkəzində "Muzey İşçilərinin Ümümrespublika Müşavirəsi" keçirilib. SİA-nın verdiyi xəbərə görə, müşavirəyə qatılan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev muzeylərdə yaranan problemlərdən söz açıb: "Azərbaycan muzeylərində problemlər və çətinliklər var. Muzeylərdəki həmin nöqsanlar müəyyən kadrların etdiyi səhvlər ucbatından yaranır. Belə problemlər daha çox regionlarda müşahidə olunur. Mən hər regionlara səfərimdə muzeylərin problemlərinə toxunub, nöqsanları üzə çıxardaraq gizlətməmişəm. Tənqid olunası məsələlər çoxdur. Ona görə də irəli addımlayaraq, müasir muzeylərin fəaliyyətini təşkil etməliyik. Təkmilləşdirmə getməlidir. Onu da deyim ki, turizm şəbəkəsində günü-gündən təcrübə artır. Turislər asudə vaxtlarını Azərbaycanda keçirməyi üstün tuturlar. Amma əcnəbi qonaqlar Xalça muzeyi və Heydər Əliyev Mərkəzindən başqa heç bir muzeyə getmirlər. Bu da muzeylərimizin işlərini layiqincə görməmələrindən irəli gəlir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB