Moskvada yaşayan rejissorumuz vəfat etdi

Tanınmış kino rejissoru Eldar Ryazanov 88 yaşında xəstəxanada vəfat edib. SİA-nın Rusiyanın TASS rəsmi xəbərlər agentliyinə istinadən verdiyi xəbərə görə, rejissor ürək çatışmazlığından əziyyət çəkirdi. 88 yaşlı rejissor Moskvada yatdığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, Eldar Ryazanov 18 noyabr 1927-ci ildə Samarada Aleksandr Semyonoviç Ryazanov və Sofi Mixaylovna Ryazanovanın ailəsində anadan olub. 1950-ci ildə ilk sənədli filmini çəkib. Daha sonra müxtəlif kinojurnallar üçün kiçik kinosüjetlər hazırlayıb.

1955-ci ildə Eldar Aleksandroviç Ryazanov "Mosfilm"in rejissoru təyin edilib. O, Sergey Qurovla birlikdə ilk Sovet genişekranlı film-revyusunu ərsəyə gətirib. SSRİ xalq artisti Ryazanovun çəkdiyi 30-dək filmin demək olar ki, hamısı sovet və Rusiya ekranlarında hit olub.

Bütün xəbərlər Facebook səhifəmizdə