Bu dəfə kinomanların və medianın “hədəfi” “Yarımçıq xatirələr” filmidir
"Bizim kino günləri - Audiovizual məkanda peşəkarlıq" layihəsi "Audiovizual məkanda vətənpərvərlik" mövzusu ilə gündəmdədir. SİA-nın verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının birgə keçirdiyi layihə günümüzün ən əhəmiyyətli və aktual olan vətənpərvərlik mövzusuna həsr olunacaq. Bu dəfə milli kinomuzda vətənpərvər müasirimizin obrazının yaradılması, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrinin bədii və sənədli kino dili ilə canlandırılması, vətənpərvərlik filmlərimizin kinoteatrlarda və televiziya müstəvisində yayımlanması ətrafında müzakirələr aparılacaq. Layihənin üçüncü mərhələsində - noyabrın 30-da kinomanların və medianın "hədəfi" rejissor Elxan Cəfərovun "Yarımçıq xatirələr" filmi olacaq.
Xatırladaq ki, "Bizim kino günləri - Audiovizual məkanda peşəkarlıq" layihəsinin artıq iki görüşü keçirilib. Layihə çərçivəsində "Azərbaycanfilm" kinostudiyasında son zamanlar çəkilən filmlər kinoteatrlarda nümayiş etdirilir. Sırada daha bir görüş və müvafiq mövzu ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB