Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyi qeyd olunub
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyi ilə bağlı "Söz nəbzidir, aynasıdır zəmanənin" adlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə şairin həyat və yaradıcılığını əks etdirən videoçarxlar, onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş "Özümüzü kəsən qılınc" əsərinin tamaşasından parçalar nümayiş olunub. Bəxtiyar Vahabzadənin öz ifasında lent yazıları səslənib.
Qeyd edək ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, Milli Konservatoriyanın və Konservatoriyanın nəzdindəki Musiqi Kollecinin tələbələri iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB