Azərbaycanlı dirijor Rusiya Milli simfonik orkestrini idarə edəcək
Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev noyabrın 30-dan dekabrın 7-dək Moskvaya qastrol səfərinə dəvət olunub. SİA-ya teatrın mətbuat xidmətindən verilən xəbərə görə, azərbaycanlı dirijor Rusiyanın "Kultura" kanalının keçirdiyi gənc musiqiçilərin "Şelkunçik" beynəlxalq telemüsabiqəsinin rəsmi açılış və bağlanış mərasimində Rusiya Milli simfonik orkestrini idarə edəcək. Bu müsabiqə 2000-ci ildən gənc akademik musiqi ifaçıları arasında hər il keçirilən populyar musiqi tədbirlərindən biridir. Müsabiqədə istedadlı musiqiçilər üç kateqoriya - skripka, fortepiano, zərb və nəfəs alətləri üzrə yarışacaqlar. Bu il müsabiqədə Böyük Britaniya, Avstriya, ABŞ, Kanada, Yaponiya, Çin, Norveç, Çexiya, Bolqarıstan, Estoniya, Latviya, Polşa, Türkiyə, Moldova, Qazaxıstan, Ukrayna, Belarus və digər ölkələrdən gənc musiqiçilər iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB