Leyla Əliyeva uşaqların əl işlərindən ibarət sərginin açılışında iştirak edib FOTOLAR

Leyla Əliyeva uşaqların əl işlərindən ibarət sərginin açılışında iştirak edib FOTOLAR

Heydər Əliyev Mərkəzində uşaqların əl işlərindən ibarət sərgi təşkil edilib. SİA-nın verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun dəstəyi ilə reallaşan sərginin açılışında iştirak edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və sərgi iştirakçıları Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, "Oriqami" Uşaq və Yeniyetmələr İctimai Birliyi, "Qayğı" Uşaq Reabilitasiya Mərkəzi, eləcə də Bakıdakı və regionlardakı uşaq evləri və uşaq bağçalarından olan istedadların rəsm və digər əl işləri ilə tanış olublar.

Sərgi ilə tanışlıqdan sonra xüsusi qayğıya ehtiyacı olan uşaqlar barədə film nümayiş etdirilib.

Tədbirin sonunda uşaqların əl işlərinin hərracı təşkil edilib. On beş əsər yerindəcə satılıb. Hərracdan toplanan vəsait kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə məqsədilə sərf ediləcək. Dörd yüzədək əsərin nümayiş olunduğu "Xəyallarla dolu qəlblər" sərgisi iki gün davam edəcək.

Qeyd edək ki, Heydər Əliyev Fondunun himayəsi altında həyata keçirilən aksiyalar sırasına məcburi köçkün ailələrindən olan uşaqlara kömək, diabet və talassemiya xəstəliklərindən əziyyət çəkən balacalara yardım, respublikadakı uşaq evləri və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulmasına dair proqram, Azərbaycanda, əsasən kənd yerlərində yeni məktəb binalarının inşası, müxtəlif xeyriyyəçilik aksiyalarının keçirilməsi daxildir. Bu tədbir də istedadlı uşaqların yaradıcılığına dəstək, onların bacarığının inkişaf etdirilməsi məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə