Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tədbir keçirəcək

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tədbir keçirəcək

01 dekabr 2015-ci il tarixində saat 15.00-da Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu və Azərbaycan Respeblikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında mövcud qanunvericiliyə və öz nizamnamələrinə uyğun qeyri-maddi mədəni irsin qorunması, dəstəklənməsi və inkişaf etdirilməsi, ümumilikdə milli-mənəvi dəyərlərimizə hörmət hissinin gücləndirilməsi məqsədilə Əməkdaşlıq Memorandumu imzalanacaqdır.

Eyni zamanda tədbir çərçivəsində "Kitabi-Dədə Qorqud"un alman dilinə tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş "Dəyirmi Masa" keçiriləcəkdir. Dəyirmi masanın mövzusu mədəniyyət və mənəviyyat tаriхimizin dəyərlərindən biri "Kitаbi-Dədə Qоrqud" еpоsudur. Bu epos təkсə bədii təfəkkürümüzün möhtəşəm аbidəsi dеyil, Аzərbаyсаn türklərinin mifik, tаriхi, соğrаfi, еtnоqrаfik, iсtimаi görüşlərinin qаynаğıdır, аnа dilimizin ən ulu kitаbı, xalqımızın mədəniyyət abidəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə