Mingəçevir Dram Teatrında tanınmış rejissor Bəhram Osmanovun quruluş verdiyi "Son reportaj" tamaşasının premyerası keçirilib. SİA-nın verdiyi xəbərə görə, tamaşaya xeyli sayda bölgə teatrlarından və şəhər ictimayyətindən tamaşaçı iştirak edib. Tamaşadan sonra çıxış edən əməkdar artist Ella Yaqubova başda teatrın direktoru və quruluşçu rejissor olmaqla bütün teatr işçilərini təbrik edib. Daha sonra tamaşanın müəllifi olan İlqar Fəhminin təbrik məktubunu tamaşaçılara çatdırıb.
Daha sonra tədbirdə söz alan tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov bütün yaradıcı heyətə öz təşəkkürünü bildirərək, tamaşanın əsas sujet xətti yaradıcı insanların sənətdə üzləşdiyi rəqabətdən bəhs etdiyini vurğulayıb.
Tamaşa forma və uslub baxımından, sərtliyində Mingəçevir Dövlət Dram Teatrı üçün yenidir. Və ifaçılar maraqlı, lakonik idarə vasitələri ilə tamaşanı daha da baxımlı etməyə çalışıblar.
Rəssam Yusif İmamverdiyev də mərasimdə çıxış edərək fikirlərini bildirib: "Elnur Rəsulovun musiqi tərtibatı tamaşada ön plana çəkilən fikirlərin təsir gücünü tamaşaçıya çatdırılmasında böyük, mühüm rol oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB