Opera və Balet Teatrında yenilik

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri üçün yeni nəfəs, zərb və simli musiqi alətləri alınaraq quruma təhvil verilib. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, alınan musiqi alətləri Avropanın aparıcı musiqi firmalarının istehsalıdır.

Qeyd edək ki, Opera və Balet Teatrının simfonik orkestri ölkənin aparıcı musiqi kollektivlərindən biri olmaqla yanaşı, çox mürəkkəb opera və balet tamaşalarını ifa edir, yerli və dəvət olunmuş görkəmli dirijorlarla çalışır, həmçinin musiqi mədəniyyətimizi xaricdə ləyaqətlə təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə