Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov noyabrın 26-dan 29-dək Qazaxıstanın Almatı şəhərində keçiriləcək beynəlxalq konfransda iştirak edəcək. SİA-nın verdiyi xəbərə görə, İ.İsrafilov beynəlxalq tədbirdə "Teatr öldü, yaşasın teatr" mövzusunda mühazirə edəcək, müasir teatrın uğurları, problem və perspektivləri ilə bağlı fikir mübadiləsi aparacaq.
Konfransda teatr direktorunun tələbə və magistrantlar üçün ustad dərsləri təşkil olunacaq, "Teatr sənətinin problemləri – dünən, bu gün, sabah" mövzusunda mühazirəsi dinləniləcək.
Qeyd edək ki, beynəlxalq konfrans Qazaxıstan Milli İncəsənət Akademiyasının təşkilatçılığı ilə baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB