Leyla Əliyeva qızı Əminə üçün şeir yazdı FOTO

Leyla Əliyeva qızı Əminə üçün şeir yazdı FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva övladlığa götürdüyü qızı Əminə üçün şeir yazıb. Leyla Əliyeva Əminənin şəklini şeirlə paylaşıb. Şeir ana və övlad münasibətlərindən bəhs edir.

SİA sözü gedən şeiri və fotono təqdim edir:

Ana, nə olar, getmə!

Məni atıb, tərk etmə!

Təlatümlü həyata

Əbədiyyən qərq etmə.

Al isti qucağına,

Öp məni... Məni oxşa.

Göydə ulduzlar yansın

Bir ani baxışınla.

Heç dil də açmamışam,

Anacan, mən körpəyəm,

Kitab nədir bilmirəm,

Dünyadan bixəbərəm.

Mən hələ çox körpəyəm,

Büdrəyirəm gəzəndə.

Sizi gözəl duyuram,

Həyatı bilməsəm də.

Mat qalmışam, can ana,

Ağlayırsan arabir

Bu qədər yalan olar?

Yaddaşıma yazıram,

Böyüdükcə açılar, bu yalanlar faş olar.

Siz böyüklər həyatla

Oyun oynayan kimi

Gəlincik oynadıram,

Bu mən balan hələki.

Susmağı öyrənəcəm,

Əziz ana, susmağı!

Pünhanlıq, gizlilikdə

Ötəcəm hamıınızı.

Qorxmağı öyrənəcəm,

Qəm-kədər çəkməyi də.

Özgüvənim itəcək

Həyatın gərdişində.

Gün gələcək uşaqlığa, "Əlvida "deyəcəyəm.

Arzular da itəcək, uşaq vidalarımda.

Təkcə anam qalacaq Şirin röyalarımda.

Qəsrlər tikməyəcəm,

Ömür, gün yetməz, deyə.

Amma "heyf!" deyəcəm,

Bükülü bel, əsən əl

Gəncliyi arayanda qaranlıq küçələrdə.

Qocaldıqca, gəzəcəm

Qeyb olmuş körpəliyi.

Etiraf da edəcəm: "Ürək belə istəmiş"!.. Əlbət, anlayacağam –

Zaman ötmüş, vaxt keçmiş.

Anacan, inan ki, mən,

Danışmağı bilsəydim,

Bu fani dünyamızda

Necə yaşamaq lazım.

Öyrənərdin sən həmən

Öz körpənin dilindən.

Ana, məni tərk etmə,

Sənə üz tuturam mən.

Eşit, inan və anla,

Səninlə nəfəs alır

Bu məsum, gözəl körpən.

Bütün xəbərlər Facebook səhifəmizdə