Gənc istedadların üzə çıxarılması, yaradıcılıqlarının inkişafına kömək və onlara dövlət qayğısının göstərilməsi, uşaq, yeniyetmə və gənclər arasında rəsm və dekorativ sənətin təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə uyğun olaraq uşaq incəsənət və rəssamlıq məktəbləri, mərkəzləri rəsm studiyaları şagirdlərinin rəsm və əl işlərindən ibarət "İslam sivilizasiyası uşaqların gözü ilə" mövzusunda müsabiqə keçirilib. SİA-nınverdiyi xəbərə görə, müsabiqəyə respublikanın uşaq rəssamlıq və incəsənət məktəblərindən, mərkəzlərindən, rəsm studiyalarından 400-ə yaxın rəsm və əl işləri təqdim edilib.
Tanınmış rəssamlardan ibarət münsiflər heyəti tərəfindən qaliblər və müsabiqədə fərqlənən iştirakçılar müəyyənləşdirilib. 2 yaş qrupu üzrə 22 müəllif I, II, III dərəcəli diplomlara, fəxri fərmanlara, pul mükafatına layiq görülüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB