Latviya günlərinə start verilib

Noyabrın 23-dən dekabrın 12-nə qədər davam edəcək Latviya günlərinə start verilib. Bununla bağlı noyabrın 25-dən etibarən Latviya hökumət nümayəndələrinin ölkəmizə səfəri başlanacaq. Bunu SİA-ya təşkilatçılar xəbər veriblər.

Eyni zamanda sabah Latviya və Azərbaycan biznesmenlərinin iştiraki ilə biznes-forum keçiriləcək. Noyabrın 25-də İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin (LİAA) birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Latviya İşgüzar Görüşü keçiriləcək. Tədbirə İKT, qida məhsullarının istehsalı, logistika, maliyyə, tibb və əczaçılıq, turizm, təhsil, layihələndirmə və arxitektura, orqanik gübrə istehsalı və digər sahələrdə fəaliyyət göstərən 20-yə yaxın Latviya şirkətinin qatılacağı gözlənilir.

Latviya mədəniyyət və mətbəxinə aid tədbirlər təşkil ediləcək. Xüsusi gecədə Latviyanin müstəqillik günü qeyd ediləcək.

Tədbirlərlə bağlı bütün xəbərlər, foto və videolar "Latviyanı duyun" facebook səhifəsində operativ tərzdə yerləşdirilir. Səhifədə Latviya ilə yaxından tanış ola bilərsiniz.

Siz də Latviyani kəşf edin. Bir sözlə, Latviyanı duyun!

Bütün xəbərlər Facebook səhifəmizdə