İki ildən artıqdır ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının uşaq kollektivləri arasında Musiqili Uşaq Teatrı fəaliyyət göstərir. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, teatr noyabrın 26-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xalq nağılı "Şəngülüm, Şüngülüm, Məngülüm"ün motivləri əsasında Elşad Rəhimzadənin səhnələşdirdiyi "Yeddi keçi balası" nağıl tamaşasını təqdim edəcək. Hazırda uşaq teatrı nağıl tamaşanın yekun məşqlərini bitirməkdədir.

Qeyd edək ki, teatrda məşğul olan uşaqlar Azərbaycan və dünya nağılları əsasında hazırlanmış tamaşalarda bilavasitə iştirak edib, biri-birindən maraqlı obrazlar canlandırıblar. Bu məşğuliyyət uşaqlar arasında çox böyük həvəs oyadıb. Uşaq teatrı fəaliyyəti dövründə "Bremen musiqiçiləri", "Cırtdanın nağılı", "Yeni il gəlir" adlı tamaşa və kompozisiyalar nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə