Kitabxanalarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALISA proqramının tətbiqi ilə bağlı M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında sonuncu 10 günlük treninqlər təşkil olunub. Milli Kitabxanadan AZƏRTACSİA-ya verilən xəbərə görə, treninqdə Bakı şəhəri Yasamal, Nəsimi, Sabunçu, Suraxanı, Xəzər, Qaradağ, Binəqədi, Nizami, Xətai və Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri iştirak edərək, ALISA proqramında işləməklə yanaşı, MARC 21 formatını öyrənəcək və yerlərdə tətbiq edəcəklər.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılış mərasimində treninqlərin Milli Kitabxana və Ultra şirkətinin mütəxəssisləri tərəfindən aparıldığını bildirərək, sonda treninqi müvəffəqiyyətlə başa vuran müdavimlərə sertifikatların təqdim ediləcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB