“Azərbaycançılıq və milli şüur ideyası” adlı sərgi-müsabiqə keçirilib

Sərgi “Bakı Xətai Sənət Mərkəzi”ndə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı və Dövlət Rəsm Qalareyasının dəstəyi ilə baş tutub
“Azərbaycançılıq və milli şüur ideyası” adlı sərgi-müsabiqə keçirilib

"Bakı Xətai Sənət Mərkəzi"ndə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı və Dövlət Rəsm Qalareyasının dəstəyi ilə regionlarda mədəniyyət evi dərnək üzvlərinin əl işlərindən ibarət "Azərbaycançılıq və milli şüur ideyası" adı altında Respublika Bayraq Gününə həsr olunmuş sərgi-müsabiqə keçirilib. SİA-nın verdiyi məlumata görə, müsabiqəyə respublikanın 32 rayon və şəhərində fəaliyyət göstərən mədəniyyət evi dərnəklərinin 163 üzvü 217 əsərlə qatılıb.

Sərgi-müsabiqənin qaliblərini müəyyənləşdirmək üçün aşağıdakı tərkibdə münsiflər heyəti yaradılıb: Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov - sədr, üzvlər: Xətai Sənət Mərkəzinin direktoru Zahid Avazov, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıqov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Mədəniyyət təsisatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin əməkdaşı Leyla Mehdiyeva.

Qaliblər fəxri fərman və həvəsləndirici diplomlarla, həmçinin qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə