Noyabrın 24-də Azərbaycan Xalça Muzeyində "Kəlağayısı gülgəz, libası əlvan" mövzusunda sərgi keçiriləcək. Muzeydən SİA-ya verilən xəbərə görə, xalqımızın əvəzsiz sənət nümunələrini, milli irsini qoruyan, nümayişini və təbliğini daim həyata keçirən Azərbaycan Xalça Muzeyi öz ənənəsinə sadiq qalaraq, zərif sənət nümunəsi olan kəlağayımızı da qürurla nümayiş etdirəcək. Məqsəd qədim milli irsimizi qoruyub yaşatmaq və gələcək nəsillərə ötürməkdir.
Qeyd edək ki, tədbir çərçivəsində muzeyin uşaq şöbəsinin face-art proqramında kəlağayı naxışlarının uşaqların əl-üzlərinə çəkilməsi və trafaretin üzərinin rənglənməsi kompozisiyası göstəriləcək. Həmçinin müğənnilərin və musiqiçilərin ifasında konsert proqramı da təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB