“Femina” adlı fərdi sərgi açılacaq

“Femina” adlı fərdi sərgi açılacaq

Dekabrın 2-də "Abşeron" qalereyasında Rəhim Həşimovun "Femina" adlı fərdi sərgisi açılacaq. SİA-nın verdiyi xəbərə gröə, "Arts Council Azerbaijan"ın təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək bu sərginin kuratoru Nurziyə Xəlilovadır. Rəhim Həşimov Amadeo Modilyani, Qustav Klimt, Anri Matiss kimi rəssamların əsərlərindən ilhamlanaraq portretlər yaradır.

R.Həşimov bir sıra kollektiv sərgilərdə iştirak edib, əsərləri mühüm vernisajlarda nümayiş olunub. Rəssam fərdi sərgisinin açılacağını özünə böyük şərəf bilir.

Qeyd edək ki, 2016-cı il yanvarın 10-dək davam edəcək sərgiyə giriş sərbəstdir.

Bütün xəbərlər Facebook səhifəmizdə