“Kəlağayısı gülgəz, libası əlvan” sərgi

“Kəlağayısı gülgəz, libası əlvan” sərgi

Noyabrın 24-də Azərbaycan Xalça Muzeyində "Kəlağayısı gülgəz, libası əlvan" mövzusunda sərgi keçiriləcək. Muzeydən bildirilib ki, xalqımızın əvəzsiz sənət nümunələrini, milli irsini qoruyan, nümayişini və təbliğini daim həyata keçirən Azərbaycan Xalça Muzeyi öz ənənəsinə sadiq qalaraq, zərif sənət nümunəsi olan kəlağayımızı da qürurla nümayiş etdirəcək. Məqsəd qədim milli irsimizi qoruyub yaşatmaq və gələcək nəsillərə ötürməkdir.

Tədbir çərçivəsində muzeyin uşaq şöbəsinin face-art proqramında kəlağayı naxışlarının uşaqların əl-üzlərinə çəkilməsi və trafaretin üzərinin rənglənməsi kompozisiyası göstəriləcək. Həmçinin müğənnilərin və musiqiçilərin ifasında konsert proqramı da təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə